SIT.az – bu, süni intellekt və avtomatlaşdırma sahəsində ixtisaslaşmış peşəkar ekspertlərdən ibarət bir komandadır. Biz şirkətlərə aşağıdakı sahələrdə peşəkar dəstək veririk:
01
İntellektual sistemləri tətbiq etmək və əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmaq
02
Müştərilərlə ünsiyyəti və satışları avtomatlaşdırmaq
03
Süni intellekt infrastrukturuna keçid üçün hazırlıq görmək və uyğun strategiyalar qurmaq
04
Əməkdaşları yeni texnologiyalarla işləmək üçün zəruri bilik və bacarıqlarla təchiz etmək
05
Məqsədimiz — süni intellekt texnologiyalarını istənilən ölçüdə biznes üçün əlçatan, səmərəli və istifadəsi asan hala gətirməkdir
Məhsullarımız
Virtual agentlər və çat-botlar
VSS — Süni intellekt əsaslı Virtual Satış Sistemləri, Azərbaycanın yerli bazarı üçün hazırlanmış unikal və innovativ bir məhsuldur. Bu sistem əsasında aşağıdakı məhsullar formalaşdırılmışdır:
01 Virtual satıcı
İntellektual assistent — müştərilərlə onlayn ünsiyyət qurur, məhsul və xidmətləri təqdim edir, məsləhətlər verir, fərdi təkliflər hazırlayır və satış prosesini tam şəkildə tamamlayır
02 Virtual SMM menecer
Sosial media üzrə onlayn ixtisaslaşmış mütəxəssis — sosial şəbəkələrdə fəaliyyətin tam avtomatlaşdırılmasını təmin edir və SMM üzrə bütün mərhələləri əhatə edir: auditoriyanın dərin analizi, kontent strategiyasının hazırlanması, kreativ materialların yaradılması, hədəflənmiş reklam kampaniyalarının işə salınması, icmaların idarə olunması və moderasiyası, və analitik hesabatların hazırlanması. nəticələrin təhlili üçün SMM fəaliyyətlərini həyata keçirir. Bütün bu proseslər izləyici fəallığının artmasını və satış göstəricilərinin yüksəldilməsini, brendin sosial platformalarda davamlı məşhurlaşmasını təmin etməyə yönəlib.
03 Virtual məsləhətçi
Biznesinizin müxtəlif sahələri üzrə xüsusi öyrədilmiş süni intellekt əsaslı məsləhətçidir. Dəqiq və uyğun tövsiyələr verir, həmçinin yeni işçilərinizin adaptasiyası və təlim almasını təmin edir
04 Virtual layihə meneceri
Süni intellekt texnologiyasına əsaslanan layihə idarəetmə sistemidir: tapşırıqları koordinator edir, verilmiş müddətləri izləyir, komanda üzvlərinə avtomatik bildirişlər göndərir, məlumatlandırır və iş proseslərini effektiv şəkildə təşkil edərək layihənin vaxtında tamamlanmasına dəstək verir.
05 Virtual Keyfiyyətə Nəzarət Meneceri
Süni intellekt əsaslı assistentdir — biznes proseslərini, məhsulları və müştəri rəylərini təhlil edir, uyğunsuzluqları aşkar edir və keyfiyyət standartlarının yüksəldilməsinə dəstək verir.
06 İstehsalata Virtual Nəzarət Sistemi
Süni intellekt əsaslı bu sistem istehsalat prosesinin mərhələlərini daimi izləyən, məlumat toplayan və kompüter görmə texnologiyası vasitəsilə resursların optimallaşdırılmasına və nasazlıqların vaxtında aradan qaldırılmasına kömək edir
07 Virtual HR Menecer
İnsan resursları üzrə süni intellekt əsaslı avtomatlaşdırılmış menecer. İşə qəbul proseslərini idarə edir: vakansiyalar üzrə uyğun namizədləri seçir, ilkin müsahibələr aparır, əməkdaşların adaptasiyasını və kadr sənədlərinin idarə olunmasını avtomatlaşdırır.
08 Virtual Hüquqşünas
İntellektual hüquq assistenti — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məsləhətlər verir, zəruri hüquqi sənədləri tərtib edir, onların hüquqi analizini aparır və normativ tələblərə uyğunluğa nəzarət edir.
09 Virtual Farmasevt
Süni intellekt əsaslı assistentdir — dərmanlar, əks göstərişlər və mümkün yan təsirlər barədə bütün vacib məlumatları dərhal təqdim edir. Müştərilərə preparatların tərkibi, istifadə qaydaları və tətbiq üsulları ilə bağlı operativ şəkildə məlumat verir və suallara cavablandırır.
10 Virtual Psixoloq
Psixologiya sahəsində təlim keçmiş süni intellekt əsaslı assistentdir — istifadəçiyə psixoloji dəstək, özünəyardım üsulları və fərdi ehtiyaclara uyğun tövsiyələr təqdim edir.
11 Virtual Tikinti Nəzarət Sistemi
Tikinti proseslərinin monitorinqi üçün nəzərdə tutulmuş süni intellekt əsaslı sistemdir — iş qrafiklərinə, resurslardan istifadəyə, texniki təhlükəsizlik qaydalarına və podratçıların fəaliyyətinin koordinasiyasına nəzarət edir.
12 Virtual təlimçi
Rəqəmsal tədris və inkişaf üzrə mentor: təlim planları hazırlayır, tədris materiallarını tərtib edir, öyrənmə prosesinə nəzarət edir, treninqlər və testlər keçirir, həmçinin əməkdaşların, müştərilərin, tələbə və şagirdlərin öyrənmə prosesini təhlil edir.
13 Virtual Satınalma Meneceri
Süni intellekt əsaslı avtomatlaşdırılmış satınalma meneceri: təchizatçıların təkliflərini təhlil edir, sifarişləri rəsmiləşdirir, xərcləri optimallaşdırır və təchizat logistikasını idarə edir.
14 Virtual Sığorta Agenti
Süni intellekt əsaslı assistent — müştərilərə uyğun sığorta məhsullarını seçir, qiymət hesablamaları aparır, məsləhət verir və sığorta müqavilələrini onlayn formada rəsmiləşdirir. Eyni zamanda, müxtəlif sığorta hallarında sığorta agentlərinə dəstək göstərir.